Ramil Şeydayevin yeni klubu müəyyənləşdi 

Ramil Şeydayevin yeni klubu müəyyənləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

A24.Az xəbər verir ki,  22 yaşlı hücumçu Avstriya Bundesliqasında çıxış edən “Mattersburq”a keçəcək.

Bu barədə klub prezidenti Martin Puxer açıqlama verib. Lakin o, müqavilə üzrə Türkiyə “Trabzonspor”una məxsus Şeydayevlə anlaşmanın detalları barədə açıqlama verməyib.

Avstriya mətbuatı gənc forvardın “Zalsburq”a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb. “Mattersburq” Bundesliqanı 36 oyundan 46 xalla 6-cı pillədə başa vurub.

Qeyd edək ki, Rusiya “Zenit”inin yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında “Trabzonspor”la 4 illik müqavilə bağlayıb. Lakin o, Türkiyə klubunda möhkəmlənə bilmədiyi üçün 2017-ci ilin yanvarında Slovakiya “Jilina”sına, ötən ilin yayında isə “Qarabağ”a icarəyə verilib. Şeydayev bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub.

(Report)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar