Ramil Usubov rəisi cəzalandırdı, serjantı işdən çıxardı

Ramil Usubov rəisi cəzalandırdı, serjantı işdən çıxardı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda turistə qarşı qeyri-qanuni hərəkət edən yol polisi rəisi cəzalandırılıb, polis serjantı isə işdən çıxarılıb.

A24.Az-ın “Report”a istinadən məlumatına görə, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) serjantı (adı açıqlanmır) turistə qarşı etdiyi qanunsuz hərəkətə görə işindən azad olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Səbail rayon DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevə isə şiddətli töhmət verilib.

Xatırladaq ki, bir neçə müddət öncə prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında ölkəyə turistlərin cəlb olunmasının vacibliyindən danışıb, turistləri incidənlərin, onlardan əsassız pul tələb edənlərin cəzalandırılacağını bildirib.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar