A24 Xeber

“Real” Çempionlar Liqasının qalibi oldu

“Real” Çempionlar Liqasının qalibi oldu
56
27 May 2018 - 1:21

Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçirilib.

Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gəlib.

Ardıcıl iki il Avropanın ən güclüsü olan “kral klubu” bu dəfə də rəqibinə şans verməyib. Matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə Benzema fərqlənib.

Bundan 5 dəqiqə sonra Mane hesabda tarazlıq yaradıb.

 “Real”ın baş məşqçisi Zidanın etdiyi dəyişiklik isə matça damğasını vurub. Sonradan oyuna daxil olan Beyl iki qol vuraraq komandasına qələbə qazandırıb.

UEFA Çempionlar Liqası

Final

26 may

“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) – 3:1

Qollar: Benzema, 51, Beyl, 64, 83 – Mane, 55

Baş hakim: Milorad Maziç (Serbiya)

Kiyev, Olimpiya stadionu

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00