A24 Xeber

“Real”ın gəliri AÇIQLANDI: Milyon avrolar

“Real”ın gəliri AÇIQLANDI: Milyon avrolar
35
07 Sentyabr 2018 - 18:54
Son 3 mövsüm Çempionlar Liqasının qalibi olan Madrid “Real”ı ötən mövsüm əldə etdiyi gəliri açıqlayıb.
A24.Az  xəbər verir ki, “kral klubu”ndan verilən rəsmi açıqlamaya görə, 2017/18 mövsümündə klub 750,9 milyon avro gəlir əldə edib.
Bura futbolçu satışından əldə edilən məbləğlər daxil edilməyib. Bununla da, Madrid təmsilçisi 2016/17 mövsümü ilə müqayisədə 11,3 faiz artım edib. Paytaxt təmsilçisi həmin mövsüm 674,6 milyon avro gəlir qazanmışdı.
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00