Recexpo III sərgisində Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri iştirak edəcək - FOTOLAR

Recexpo III sərgisində Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri iştirak edəcək – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabrın 23-dən 25-dək Bakı Ekspo Mərkəzində keçiriləcək Recexpo III – Azərbaycan beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinə ötən ildən fərqli olaraq, daha çox investor, əmlak şirkətlərinin qatılması, eyni zamanda, onların tikinti və infrastruktur layihələrinin nümayiş edilməsi gözlənilir. Belə ki, Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri sərgidə iştirak edəcək. Türkiyə, BƏƏ, Rusiya, İspaniya kimi dövlətlərin nüfuzlu tikinti şirkətləri sərgiyə toplaşacaq.

A24.az xəbər verir ki, bu barədə iyunun 21-də Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov sərgiyə hazırlıq işləri ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib. Bildirilib ki, sərgi ƏMDK “Elan Expo” və “Atılım Fuarcılık” şirkətləri ilə birgə təşkil ediləcək.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.

Qeyd edilib ki, özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu, ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq.

Komitə tərəfindən də sərgidə öz fəaliyyətini əks etdirən pavilyonlar yaradılacaq. Burada dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya-kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elektron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. Builki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı pavilyonların yaradılması kimi yeniliklər də nəzərdə tutulur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar