Regional əməkdaşlığın Uğuru

Regional əməkdaşlığın Uğuru
Want create site? Find Free WordPress Themes and plugins.

22 Fevral 2018-ci il tarixində, Ankara Qatar Qarı –  Ankara Hoteldə “Regional Əməkdaşlığın Müvəffəqiyyət Örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu ” adlı forum həyata keçiriləcəkdir.

Türkiyə  Cümhuriyyəti Nəqliyyat, Dənizçilik və Rabitə naziri cənab Əhməd Aslanın iştirakı ilə gerçəkləşmiş olacaq forum Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Azərbaycan Respublikası Ankara səfirliyi ilə birgə təşkil edilir.

İki tərəfli danışıq halında həyata keçiriləcək olan Bakı-Tbilisi-Qars Dəmiryolunun bölgə ölkələrinə iqtisadi, ictimai və mədəni qatqılarının izah ediləcəyi forumda Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikası Ankara səfirləri ilə birlikdə millət vəkilləri, alimlər eyni zamanda , Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin səlahiyyətli nümayəndələri də  iştirak edəcək.

”Dəmir İpək Yolu ” olaraq adlandırılan ”Bakı-Tbilisi-Qars” dəmiryolunun açılışı Türkiyə Cümhuriyyəti  Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev, Gürcüstan baş naziri  Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri  Bakıtcan Saqintayev  və Özbəkistan baş naziri  Abdulla Aripovun iştirakı ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 30 oktyabr 2017-ci il tarixində beynəlxalq bir mərasimlə reallaşdırılmışdı.

Enerji  sahəsində ”Bakı-Tbilisi-Ceyhan” və ”Bakı-Tiflis-Ərzurum” layihələrindən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında reallaşdırılmış  üçüncü böyük layihə  olan ”Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsi regional əməkdaşlığın ən əhəmiyyətli göstəricilərindən biri olaraq hal-hazırda diqqət mərkəzindədir.

Qeyd edək ki, Asiya, Avropa və Afrikanı bir-birinə bağlayan bu layihə, bir çox sahədə iqtisadi inkişafla birlikdə,  Türkiyə və Türk respublikaları nəqliyyat şəbəkələrini bir-birinə bağlayan yeni və təsirli bir güc mənbəyi olmaqla bərabər,  bölgənin ticari, siyasi və mədəni əlaqələrinin daha da gücləndirilməsində, həmçinin regionda Çin sərmayələrinin bölgəyə yatırılmasında əhəmiyyətli rol oynayacaqdır.

 

Ülkər Piriyeva

A24.az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar