Rejimə rəğmən İranda flörtləşən gənclər - FOTOLARLA

Rejimə rəğmən İranda flörtləşən gənclər – FOTOLARLA
Want create site? Find Free WordPress Themes and plugins.

Özənəməxsus dini qayda-qanunları ilə bilinən İranda sosial həyat bütün dünyanın diqqətini çəkir.

A24.Az xəbər verir ki, flört etməyin qadağan olunduğu ölkədə gənclər bu əməldən yan keçmirlər. Onlar əsasən dar küçələrdə bir-biriləri ilə görüşürlər.

Qızlar və oğlanlar avtomobilin şüşəsindən bir-birilərinə mobil nömrə verirlər.

İranda ev partilərindən sonra gənclər Tehranda xüsusilə Alburz dağına çıxırlar.

Əyləncə gecəsinin sahibinin və ya həmin əyləncəyə qatılan şəxslərin sizə inanması gizlilik baxımından çox önəmlidir.

İranda insanlar düşünürlər ki, hər yerdə müxbirlər var.

Hava qaralarkən dağa doğru gedirlər. Avtomobillərin içində qızlarla oğlanların olması normaldır.

Avtobus və metrolarda qadınlar və kişilər ayrı olsa da, taksilərdən hər iki cinsin nümayəndəsi istifadə edə bilər.

Başörtüsünü ehmalca arxaya çəkmək və qapının arxasında gizli-gizli danışmaq da flörtləşmənin bir üsulu sayılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar