A24 Xeber

Renat Dadaşova 1 milyon dollar verilib? – AFFA-dan AÇIQLAMA

Renat Dadaşova 1 milyon dollar verilib? – AFFA-dan AÇIQLAMA
570
25 Mart 2017 - 14:46

Almaniyanın məşhur “Bild” nəşri millimizi seçən Renat Dadaşovla bağlı şok iddia irəli sürüb.

A24.Az xəbər verir ki, həmkarlarımız daha əvvəl Almaniyanın gənclərdən ibarət millisində oynayan futbolçunun Azərbaycan millisini seçməsinin təfərrüatlarını yazıb.

Mənbə bildirilir ki, gənc hücumçu böyük pullar qarşılığında millimizdə oynamağa razılıq verib: “Renat Dadaşov kimi futbolçunun Azərbaycan millisini seçməsi qəribədir. O, 17 yaşlı istedadlı futbolçudur, Almaniyada daha parlaq karyerası ola bilərdi. Çünki o, Almaniyanın 17 yaşlılardan ibarət millisində uğurlu çıxış edirdi, özünü yaxşı tərəfdən göstərmişdi. Onun Azərbaycan millisini seçməsində pul böyük rol oynayıb. O, 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçib. “Leyptsiq”da ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib”.

Qeyd edək ki, Renatın DÇ-2018-in seçmə mərhələsində sabah baş tutacaq Azərbaycan – Almaniya oyununda millimizin heyətində debüt edəcəyi gözlənilir.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu haqqin.az-a bildirib ki, bu informasiya həqiqətə uyğun deyil: “Qəribədir ki, bu xəbər Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç ərəfəsində dərc edilib, hərçənd Renat Dadaşovun Azərbaycanı dəstəkləməyə razılıq verdiyi bir neçə ay əvvəl elan edilmişdi.

Həmçinin xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl AFFA-nın növbəti konfransı keçirilib və orada Assosiasiyanın xərcləri və gəlirləri elan edilib. Yəni hamı AFFA-nın vəsaitlərinin hara xərcləndiyinə əmin olmaq imkanına malik idi”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00