Rəqsanə ərindən danışdı: "Öz ailəsi ola-ola..."

Rəqsanə ərindən danışdı: “Öz ailəsi ola-ola…”
Want create site? Find Free WordPress Themes and plugins.

Çoxdandır görünməyən, fəaliyyətini Rusiyada davam etdirən müğənni Rəqsanə İsmayılova müsahibə verib.

“A24.az” bildirir ki, “yenicag.az”a danışan müğənni övladlarının atasından danışıb.

İfaçı “bu fikirlə razılaşırsınızmı ki, qadını gözəlləşdirən sevgidir? Yoxsa ki, sevgiyə inamınız itib?” sualını bu şəkildə cavablandırıb.

– Xoşbəxt olmaq hər bir qadının haqqıdır. Həyatda çox çətinliklər görmüşəm. Ailəm üçün həm kişi, həm də qadın olmuşam. Təndiqlər də olub, təhqirlər də. Məni insanların gözündən salmağa da çalışıblar. Tək olmuşam. Arxamda duran, dəstəyim olmayıb. Məsələn; bir gənc haqda pis fikirlər olanda, təklənəndə dərhal o adam haqda “İnstagram”da yazıram, ona dəstək verməyə çalışıram. Amma vaxtikən çətin anımda heç bir sənət dostum, yoldaşım mənlə maraqlanmayıb. Bu həyatda səhvsiz insan var? Bir təsəlli verənim belə olmayıb.

Son vaxtlar ailə quran və ya kimləsə yaşayan xanımlar efirə çıxanda durmadan “Ərim, ərim, ərim” deyirlər. Mən belə şeyləri xoşlamıram. Özüm də yoldaşımı gündəmə gətirmək fikrində deyiləm. Ona görə bir kəlmə onu deyə bilərəm ki, Allaha çox şükür, bu yaşımda mənə arxam, dayağım olan, övladlarıma atalıq edən bir insanı qarşıma çıxardı. Ərim haqda bu qədər, çünki hamının ailəsi də var, əri də var.

Bir də öz ailəsi ola-ola, başqası ilə yaşayan kişiləri də qəbul etmirəm. Çünki öz ailəsinin qədrini bilməyən, başqasına da yaxşı ər ola bilməz. Ona görə də bəzən efirlərə baxmaq da istəmirəm, iyrənirəm…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar