A24 Xeber

Rəşid Mahmudov videosunu yayan şəxsləri məhkəməyə verir – VİDEO

Rəşid Mahmudov videosunu yayan şəxsləri məhkəməyə verir – VİDEO
1. 700
21 İyun 2017 - 16:13

Tanınmış həkim Rəşid Mahmudovla bağlı sosial şəbəkələrdə yeni video yayılıb.

Sözgedən videoda alim guya ittihamlar səsləndirib.  Bununla bağlı, Rəşid həkim A24.az-a açıqlama verib.

O deyib ki, bu, qəsdən edilib: “Məni gözdən salmaq üçün qəsdən edirlər. Çıxışımdan bir parçanı verirlər ki, guya mən dövlətə qarşıyam. Fikir elə deyil, kontekstdən çıxarılıb, demək istədiyim odur ki, hər yerdə terror baş verir, ona görə insanlarımız yatmamalıdır, ayıq- sayıq olmalıdırlar. Bu vətənə, dövlətə sahib çıxmaq lazımdır. Vətən bizim ən böyük namusumuzdur. Bu videonu savadsızlıqlarından yayıblar. Fikirlərimi təhrif olunmuş formada, məqsədli şəkildə yayıblar”.

Rəşid Mahmudov belə videonu yayanları məhkəməyə verəcəyini də söyləyib:

“Məndən icazəsiz videolarımı kim yayıbsa, aidiyyatı orqanlara müraciət edəcəm, məhkəməyə verəcəm onları”.

Jurnalist: Brilyant Rəsulova

Operator: Fərid Orucov

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00