A24 Xeber

Rəsmi Bakı: İranın nüvə arxivi Azərbaycandan keçirilməyib

Rəsmi Bakı: İranın nüvə arxivi Azərbaycandan keçirilməyib
29
04 May 2018 - 20:10

Bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi barədə yayılan məlumatlar əsassızdır.

A24.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb. Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta xəbərdir”, – deyə o bildirib.

Qeyd edək ki, Küveytdə dərc olunan “Əl-Carida” qəzeti iddia etmişdi ki, İsrailin xüsusi xidmət orqanları “İranın nüvə arxivinin oğurlanması ilə nəticələnmiş qəfil əməliyyat həyata keçiriblər və arxiv Azərbaycanın ərazisindən çıxarılıb”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00