Millət vəkili nazirlikləri yıxıb-sürüdü: "Haqsızlığa, ədalətsizliyə rast gəlirsən" - VİDEO

Respublikadakı qəbullarda haqsızlıqlar çoxdur, açıb deyə bilmirəm” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən həftə ATV kanalında yayımlanan “Geriyə Baxanda” verilişinin qonağı miliyyətcə yəhudi olan millət vəkili Yevda Abramov olub.

“A24.Az”ın məlumatına görə, millət vəkili seçiciləri ilə görüşündən, onların problemlərinin həllindən danışan zaman paytaxtda bir sıra nazirliklərin vətəndaş qəbulundakı haqsızlıqlarından danışıb.

“Respublikadakı qəbullarda ürəkağrıdan hallar da olur. Açıb demək… Mən bunları çıxışlarımda da demişəm. Bir az haqsızlığa, ədalətsizliyə rast gəlirsən”.

Hətta millət vəkili bu haqsızlıq barədə danışan zaman fikirlərini yarımçıq kəsib. Lakin dolayı yolla da olsa Yevda Abramov sosial təbəqənin problemlərini eşitmək istəməyən, millət vəkillərini saymayan orqanların fəaliyyətindən bəhs edib.

“Bəzi millət vəkilləri deyirlər ki, mən bütün nazirliklərin qapısını təpiklə açıram. Mən buna inanmıram. Mən deyə bilmərəm ki, Azərbaycanda kimsə mənə qarşı bu 12 ildə hörmətsizlik eləyib. Yalan olar. Bütün nazirliklər mənim xətrimi istəyir. Mən bütün nazirliklərin qapılarını sərbəst açıb girə bilirəm. Amma mən dünyasında deyə bilmərəm ki, təpiklə açıb girirəm. Bu, heç nəzakət qaydalarında da düzgün deyil.

“A24.Az” verilişdən olan videogörüntünü təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Siyasət, Media, Video Xəbər, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar