A24 Xeber

Rəsulzadə Lahıcda necə həbs edilmişdi? – Professordan cavab

Rəsulzadə Lahıcda necə həbs edilmişdi? – Professordan cavab
256
31 Yanvar 2018 - 14:44
Professor Bolşevik istilası dövründə Rəsulzadənin Lahıc dövründən yazıb.

A24.az xəbər verir ki, mühacirət tariximizdə “Rəsulzadənin Lahıc dövrü” deyə biləcəyimiz bir mərhələ başlamışdı. Bu qısa dövrdə Rəsulzadə mühüm bir əsər yazmış, qəsəbənin taleyində önəmli rol oynamışdı. Elə bir rol ki, hələ də içində xeyli müəammalar gizlənir.

Azərbaycan Cümhuriyyətinin əsas qurucularından Məhəmmədəmin Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərinin girişində yazır:
“Bolşevik istilası ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arxadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı”.

Professor Ədalət Tahirzadə Rəsulzadəni satan şəxs haqqında bunları yazır: “1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu “xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar. Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var. Lakin sonradan izi itirmək üçün onu güllələyirlər.”

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00