Rio-2016: Boksçu Elvin Məmişzadə ¼ finalda məğlub olub

Rio-2016: Boksçu Elvin Məmişzadə ¼ finalda məğlub olub
Want create site? Find Free WordPress Themes and plugins.

Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışında 1/4 final mərhələsinin növbəti görüşləri keçirilir.

“A24.az” bildirir ki, Apasport.az saytının məlumatına görə,  1/8 finalda qazaxıstanlı Oljas Sattibayevi mübarizədən kənarlaşdıran dünya çempionu  Elvin Məmişzadə (52 kq) ikinci qarşılaşmasında özbəkistanlı Şaxobidin Zoirovla üz-üzə gəlib.

Rəqibinə hər üç raundda məğlub olan təmsilçimiz Olimpiadada çıxışını başa vurub.

Qeyd edək ki, boks yığmamızın iki üzvü Lorenzo Sotomayor (64 kq) və Kamran Şahsuvarlı (75 kq) yarımfinala vəsiqə qazanıblar və hər iki idmançının çempionluq şansları davam edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar