Rio-2016 - sonuncu gün: Azərbaycanın 4 idmançısı medallar uğrunda yarışacaq

Rio-2016 – sonuncu gün: Azərbaycanın 4 idmançısı medallar uğrunda yarışacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sonuncu gündür.

“A24.az” bildirir ki, Apasport.az saytının məlumatına görə, dörd illiyin ən möhtəşəm turnirinin yekun günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda yarışacaq.

Sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumovun (97 kq) eləcə də kişilərin marafon yarışlarında iştirak edəcək Kiplaqat Barkovetin mükafatlar uğrundakı mübarizəsi başladığı gün də sona çatacaq.

Boksçumuz Lorenzo Sotomayor (64 kq) isə final görüşündə qızıl medalı qazanmağa çalışacaq.

Olimpiya oyunları

XVI gün

Sərbəst güləş

Təsnifat mərhələsi

15:45. Xetaq Qazyumov (97 kq) – Radoslav Baran (Polşa)

 

1/8 final

15:55. Toğrul Əsgərov (65 kq) – Andrey Kvyatovski (Ukrayna)

 

Marafon

16:30. Kiplaqat Barkovet

 

Boks

Final

22:00. Lorenzo Sotomayor (64 kq) – Fazliddin Qaibnəzərov (Özbəkistan)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar