A24 Xeber

“Roma” İtaliya millisinin futbolçusunu transfer edib

“Roma” İtaliya millisinin futbolçusunu transfer edib
25
08 İyun 2018 - 20:32

İtaliyanın “Roma” klubu “Atalanta” komandasının futbolçusu Brian Krisdanteni heyətinə qatıb. 

A24.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

İtaliya millisinin də şərəfini qoruyan oyunçu 2023-cü ilə qədər “Roma”da çıxış edəcək. Krisdante ilk mövsümü icarə əsasında oynayacaq. “Roma” icarəyə görə “Atalanta”ya 5 milyon, futbolçunun transferi üçün isə 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Brian Krisdante 2017-2018 mövsümündə 36 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00