A24 Xeber

Roma papası mafiyaya müraciət etdi

Roma papası mafiyaya müraciət etdi
19
16 Sentyabr 2018 - 12:17

Roma Papası Fransisk mafiya üzvlərini küfrdən əl çəkməyə və itaətkar olmağa çağırıb.

“A24.az” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə pontifik Siciliya mafiyasının qətlə yetirdiyi rahib Cüzeppe “Pino” Puqlisini xatırlayarkən bildirib.

“Allaha inanan bəndə mafioz ola bilməz. Mən mafiya üzvlərinə müraciət edirəm: qardaşlar və bacılar, dəyişin! Özünüz və pullarınız haqqında düşündüyünüz yetər. Əsl Tanrıya üz tutun, qardaş və bacılarım”, – Roma Papası deyib.

Qeyd edək ki, Puqlisi gəncləri talelərini narkotik və mafiya ilə bağlamamağa çağırırdı.

Oxu.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00