Ronaldo Azərbaycan millisinin qapısına vurduğu zərbədən danışdı

Ronaldo Azərbaycan millisinin qapısına vurduğu zərbədən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

“Mən bir dəfə də belə qol vurmuşdum”.

“A24.az”ın “Report”a istinadən verdiyi məlumata görə, bunu İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kristiano Ronaldo Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya “Yuventus”unun qapısından keçirdiyi ikinci top barədə danışarkən deyib. 33 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2008-ci il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb. O bildirib ki, 2006-ci il oktyabrın 7-də keçirilmiş həmin görüşdə “velosiped” zərbəsindən sonra top qapı tirinə dəyərək, içəri daxil olsa da, qol sayılmamışdı. Bu dəfə isə Ronaldo topun qapıya daxil olduğunu vurğulayıb: “Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, “Yuventus”a vurduğum ikinci top mənim ən gözəl qolumdur”.

Qeyd edək ki, Kristiano Ronaldo “Yuventus”la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar