Ronaldo matçdakı het-trikindən danışdı

Ronaldo matçdakı het-trikindən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

“Karyeramın ən gözəl anlarından biri idi. Çox sevincliyəm. Ən gözəl performanslarımdan birini göstərdim. Amma əsas komandanın necə oynamasıdı”.

“A24.az”ın “Apasport.az”a istinadən  verdiyi məlumata görə, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.

Komandasının kapitanı Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin I turu çərçivəsində İspaniya ilə oyunlarını şərh edib. O bildirib ki, 3:3 hesablı nəticə ədalətlidi: “Gözəl bir komanda ilə qarşılaşmada 2 dəfə önə keçdik. Lakin üstünlüyümüzü qoruya bilməyib, geri düşdük. Sonadək təslim olmadıq, savaşdıq. Nəticədə görüşü heç-heçə bitirdik. Məncə, ədalətli bir yekundu”.

İspaniya ilə matçda het-trik edən futbolçu mundialdakı şanslarını da dəyərləndirib: “Favorit deyilik, amma liderlərdən biriyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar