Ronaldo qan vermək üçün Türkiyəyə gələcək

Ronaldo qan vermək üçün Türkiyəyə gələcək
Want create site? Find Free WordPress Themes and plugins.

“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo Türkiyəyə gedəcək.

“A24.az” xəbər verir ki, “axşam.az”ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tez-tez xeyriyyə tədbirlərinə və kampaniyalarına qatılan futbolçu bu dəfə “Türk Kızılay” dərnəyinin gündəmindədir. Dərnək Dubayda qanvermə aksiyasına qatılan və kampaniyada 30 faiz artıma səbəb olan Ronaldonu tezliklə ölkəyə gətirmək istəyir.

“Kızılay” Avropa çempionatının final günündən sonra bu haqda ilk açıqlamanı vermişdi. Ulduz futbolçunun Türkiyəyə gəlişi iyulun 15-ə kimi dəqiqləşməliydi, lakin qurum hələ danışıqların getdiyini açıqlayıb:

“Tarixi hələ dəqiqləşdirə bilməmişik. Aramızda ümidverici danışıqlar baş tutdu. Türkiyədəki hərbi qiyam gecəsi olmasaydı, vaxtı dəqiqləşdirəcəkdik”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar