A24 Xeber

Ronaldonun “Real Madrid”dən ayrılma səbəbi ortaya çıxdı

Ronaldonun “Real Madrid”dən ayrılma səbəbi ortaya çıxdı
353
30 May 2018 - 15:40

Portuqaliyanın keçmiş futbolçusu Nuno Qomez “Real Madrid”in Ronaldoya verdiyi sözləri tutmadığını və buna görə də futbolçunun komandadan ayrıla biləcəyini açıqlayıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Ronaldonun yaxın dostu olan keçmiş futbolçu Nuno Qomez ulduz futbolçunun gələcəyi ilə bağlı bəzi şeyləri danışıb.

“Real Madrid”in Ronaldoya söz verdiyini bildirən Qomez “Real Madrid Ronaldoya müqaviləsini uzadıb maaşını yüksəldəcəyinə dair söz verdi ancaq sözünü tutmadı. Ronaldo ilə danışıram, özü də buna görə məyusdur” deyib.

Perezlə Ronaldo arasındakı münasibətlərin də yaxşı olmadığını deyən Qomez “Ronaldoyla Perezin arası soyuqdur. Sezon qutardı və Perez sözünü tutmadı. Ronaldonun Realdan ayrılıb ayrılmayacağını söyləmək tezdir. Amma ayrılsa “Manchester United və ya PSG-yə transfer ola bilər” ifadələrini işlədib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00