Ronaldu dünya çempionatında rekorda imza atdı – VİDEO

Ronaldu dünya çempionatında rekorda imza atdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu dünya çempionatında bombardirlər cədvəlində liderliyi yenidən ələ alıb.

A24.Az xəbər verir ki, 33 yaşlı hücumçu hazırda davam edən Mərakeşlə oyunun 4-cü dəqiqəsində başla qol vurmaqla cari turnirdə dördüncü qolunu vurub və üç dəfə fərqlənmiş Rusiya millisinin üzvü Denis Çerışevi qabaqlayaraq ən sərrast futbolçu olub.

Qeyd edək ki, bu, Kriştianu Ronaldunun yığmada 85-ci qoludur. Bununla da Ronaldu 84 qola malik macar Ferents Puşkaşı arxada qoyaraq II pilləyə yüksəlib.

İlk siyahıya isə İran millisinin sabiq futbolçusu, milliyyətcə azərbaycanlı hücumçu Əli Daei 109 qolla başçılıq edir./Oxu.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar