A24 Xeber

Ronaldu “Real”da qalmaq üçün 80 mln. avro istədi

Ronaldu “Real”da qalmaq üçün 80 mln. avro istədi
52
03 İyun 2018 - 10:26

İspaniyanın “Real” klubunun hücumçusu Kriştianu Ronaldu aldığı əmək haqqı 4 dəfə artırılacağı təqdirdə daha üç il Madriddə qalmağa hazırdır.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bu barədə “Corriere dello sport” nəşri yazıb.

Müddəti 2021-ci ildə bitəcək hazırkı müqaviləyə görə, Ronaldunun əmək haqqı ildə 21 milyon avrodur.

Ronaldu öz agenti Jorj Mendeşdən klub prezidenti Florentino Peresə ildə 80 mln. avro əmək haqqı müqabilində, həm də azı üç illik müqavilə bağlanması şərti ilə Madriddə qalmağa hazır olduğunu çatdırmağı xahiş edib.

Belə olan halda, yeni müqavilə “qaymaqlar”a 240 mln. avroya başa gələ bilər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00