Ronaldu "Yuventus"da məşqə bu vəziyyətdə çıxdı - FOTOLAR

Ronaldu “Yuventus”da məşqə bu vəziyyətdə çıxdı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu son məşqə gözünün altı qaralmış vəziyyətdə çıxıb.

“A24.az” xəbər verir ki, bu zədənin A Seriyasının III turunda “Parma” ilə görüş zamanı portuqaliyalı hücumçunun sifətinə dəyən zərbəyə görə baş verdiyi güman olunur.

Komandası həmin qarşılaşmada 2:1 hesabı ilə qalib gəlsə də, Ronaldu yenə qol vura bilməyib. Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş onu Xorvatiya ilə bu gün keçiriləcək yoldaşlıq görüşünə və İtaliya ilə sentyabrın 10-da baş tutacaq Millətlər Liqasının oyununa çağırmayıb. Hazırda 33 yaşlı forvard “Yuventus”da milli komandaların düşərgəsinə yollanmayan futbolçularla birgə məşqlərə qatılır.

Qeyd edək ki, Kriştianu Ronaldu “Yuventus”a iyulda İspaniya “Real Madrid”indən keçib.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar