Rövşən Lənkəranski İnterpol tərəfindən axtarışda idi - FOTO - VİDEO

Rövşən Lənkəranski İnterpol tərəfindən axtarışda idi – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Kriminal aləmin tanınmışlarından olan azərbaycanlı Rövşən Caniyev İstanbulda öldürüldü. O, İnterpol tərəfindən axtarışda idi”.

“A24.az” bildirir ki, bu barədə Türkiyə televiziya kanalı məlumat verib. “Hücum Beşikdaşdakı hotellərin birinin qarşısında baş verib. O, hoteldən ayrılmış, yalnız 10 m-ə qədər irəliləyə bilmişdi. Hücum edənlər pusqu quraraq onu çarpaz atəşə tutublar. Güllələr arxa oturacaqda oturmuş iki nəfərə dəymiş, onlardan biri ölmüş, digəri ağır yaralanmışdı. Qeydiyyata görə, həyatını itirmiş şəxs Rövşən Əliyevdir. Ancaq polisin axtarışları həqiqəti ortaya çıxarıb. Pasportda ad və soyadı Rövşən Əliyev kimi qeyd olunan həmin şəxs Rusiya və Azərbaycanda narkotik satışı və qumarxana işlətməklə İnterpol tərəfindən axtarışda olan “mafiya atası” Rövşən Caniyevdir. Ağır yaralanan şəxsin adının Moris olduğu bildirilib. Maşını idarə edən türk iş adamı isə yaralanmayıb. O, şübhəli bilinərək polis tərəfindən saxlanılmışdı. Şübhəli bilinən üç azərbaycanlı da saxlanılıb. Rövşən Caniyevin cənazəsi dərhal Azərbaycana göndərilib. Azərbaycanlı iş adamı Mübariz Mənsimov da dəfn mərasiminə qatılıb. Xüsusi təyyarə ilə Azərbaycana aparılan Caniyevin cənazəsi minlərlə insan tərəfindən izdihamla qarşılanıb. Rövşən Çaniyev Lənkəranda dünyaya gəldiyinə görə “Lənkəranski” ləqəbini daşıyırdı. Əsl ləqəbi isə “Xəyalət” olub”.

14081064_1422539021096788_1212172371_n

https://youtu.be/Lg7AoIljSJU

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar