“Rövşən Lənkəranski qətlində şübhəli bilinən şəxslə birlikdə axtarışda olub”- FOTO

“Rövşən Lənkəranski qətlində şübhəli bilinən şəxslə birlikdə axtarışda olub” – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə öldürülən Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətlində şübhəli bilinən 4 nəfər məhkəməyə göndərilib.

“A24.az”-ın məlumatına görə, “Report” Türkiyə KİV-inə istindən xəbər verir ki, Rövşən Lənkəranski güllələnən zaman onun yanında olmuş şəxsin vəziyyəti ağır olaraq qalır. Məlumata görə, həmin şəxsin bədənindən 4 güllə çıxarılıb. Hadisə ilə bağlı Tahir C., Hacıbaba.T. ,Zaur İ. və Vahid M. şübhəli qismində saxlanılıb.

Məlumata görə, polis tərəfindən aparılan istintaq işi tamamlandıqdan sonra şübhəlilər məhkəməyə göndərilib. İstintaq zamanı bu cinayətin çoxyönlülüyü məlum olub.

Rusiyada işlətdiyi cinayətlərlə bağlı Hacıbaba T. -nın axtarıldığı da bildirilir.

Polisin məlumatına görə, 2013-cü ildə Başakşehirdə öldürülən Ali Baba Qametovun qətli ilə bağlı Rövşən Lənkəranski və Hacıbaba T. İstanbul polisi tərəfindən axtarılırmış.

Qeyd edək ki, avqustun 18-də Rövşən Lənkəranski İstanbulda Yıldız məhəlləsində aldığı çoxsaylı güllə yaraları nəticəsində xəstıxanada vəfat edib.

157707_src

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar