Rövşən Lənkəranskinin sağ olması iddiası ilə bağlı DİN-dən açıqlama

Rövşən Lənkəranskinin sağ olması iddiası ilə bağlı DİN-dən açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur kriminal avtoritet, Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski haqqında şok iddia yayılıb.

Özünü Əvəz Əliyev (Əvəz Baba) kimi təqdim edən bir nəfər “A24.az”a Lənkəranskinin yaşadığını, üzünü və səsini əməliyyatla dəyişdiyini iddia edib.

Ə.Əliyev qeyd edib ki, bu xəbəri Lənkəranskinin özünün xahişi ilə yayımlayıb:

“Rövşən Lənkəranski yaşayır, həqiqətdir, sadəcə olaraq bəzi instinkt hərəkətlərindən onu tanıdım, üzü dəyişib. Səsini də aprelin 10-da əməliyyatla dəyişdilər. Hazırda özünün xahişi ilə yerini açıqlamırlar, sadəcə bilin ki, o, həyatdadır, ölməyib və kənardan olan-bitən hər şeyi izləyir”.

İddiaçı bildirib ki, bu xəbəri yaymaqda məqsəd məktəblərdə baş verən hadisələrlə bağlıdır: “Düşmənlər bilsin ki, Lənkəranski sağdır”.

“Faktor.az” məsələ ilə bağlı DİN-in mətbuat orqanı ilə əlaqə saxlayıb. İddiaya cavab olaraq, DİN əməkdaşı “bu məsələ ilə bağlı sonra danışarıq”, cavabını verib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar