Rövşən Lənkəranskinin soyadı necə dəyişdirilib?

Rövşən Lənkəranskinin soyadı necə dəyişdirilib?
Want create site? Find Free WordPress Themes and plugins.

Rəsmi dairələr avqustun 18-də Türkiyədə qətlə yetirilmiş kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) soyadının hansı şəraitdə dəyişdirildiyinə aydınlıq gətirə bilmirlər.

 “A24.az”ın bu məsələ ilə bağlı müraciət etdiyi Daxili İşlər Nazirliyindən cavab verməyərək, mövzuya dair rəsmi sorğu göndərilməsini tələb ediblər.

Beləliklə, R.Canıyevin öz soyadını dəyişdirərək Əliyev etməsinin hansı şəratdə baş tutması qaranlıq qalıb.

Mərhumun qohumları qeyd ediblər ki, onun İstanbulda qətldən sonra tapılmış pasportundakı Əliyev soyadı anasından götürülüb. Yəni o, rəsmi şəkildə soyadını dəyişib.

Məsələyə şərh verən hüquqşünas Ələsgər Məmmədli “A24.Az”-a bildirib ki, istənilən halda adı “İnterpol”un axtarış siyahısında olan şəxsin soyadının dəyişdirilməsi zamanı qanun pozuntusuna yol verilib:

“Hüquqi cəhətdən istənilən vətəndaşın öz soyadını dəyişmək hüququ var və bu, məhkəmə yolu ilə baş verir.

Məhkəmə buna görə daxili işlər orqanlarından müvafiq şəxsin beynəlxalq və ya daxili axtarışda olub-olmamasını dəqiqləşdirir.

Soyad dəyişdirildikdən sonra isə bu barədə beynəlxalq qurumlar da məlumatlandırırlr. Amma bu məsələdə belə görünür ki, soyad dəyişdirilməsi faktı gizli saxlanılıb”.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar