Roza Zərgərli bütün medianı zəbt etdi

Roza Zərgərli bütün medianı zəbt etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən şou-biznes nümayəndələri ilə bağlı ölkədə ilk dəfə olaraq iyun ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 7289 xəbər yerləşdirilib. Bu xəbərlərdən 22-si mənfi,  7267-si isə neytral xəbərlərdir.

Mənfi xəbərlər Mətanət Əsədova (19 xəbər – Xalq artisti Mətanəti BİABIR ELƏDİ) və Nura Suriyə (3 xəbər – Müğənninin biyabrçı videosu yayılıb) məxsusdur. İyun ayında elektron mətbuatda bu sektorla bağlı müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1 Roza Zərgərli 1166 xəbər
2 Abbas Bağırov 473 xəbər
3 Əli Mirəliyev 456 xəbər
4 Röya Ayxan 298 xəbər
5 Tarix Əliyev 247 xəbər
6 Aygün Kazımova 244 xəbər
7 Fədayə Laçın 242 xəbər
8 Elza Seyidcahan 186 xəbər
9 Təranə Qumral 173 xəbər
10 Xatirə İslam 159 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 433 neytral xəbər dərc edilib. İyun ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi və müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Roza Zərgərli 23 xəbər
2 Elza Seyidcahan 23 xəbər
3 Röya Ayxan 20 xəbər
4 Tarix Əliyev 19 xəbər
5 Fədayə Laçın 15 xəbər
6 Əli Mirəliyev 14 xəbər
7 Xatirə İslam 14 xəbər
8 Təranə Qumral 13 xəbər
9 Abbas Bağırov 12 xəbər
10 Flora Kərimova 11 xəbər

İyun ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 16 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Faiq Ağayev 5 xəbər
2 Zülfiyyə Xanbabayeva 2 xəbər
3 Mənsum İbrahimov 2 xəbər
4 Alim Qasımov 2 xəbər
5 Abbas Bağırov 2 xəbər
6 Rəşad İlyasov 1 xəbər
7 Brilliant Dadaşova 1 xəbər
8 Ədalət Şükürov 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Media, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar