Rozanın geri qaytardığı maşına nə oldu? - AÇIQLAMA

Rozanın geri qaytardığı maşına nə oldu? – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

“Bilirsiz ki, şounun finalından sonra “MG”nin əməkdaşları bayram tətilinə ayrıldı. Mən elə bilirdim ki, maşının aqibəti 10-15 günə həll olunacaq. Amma 1 ay, 1 ay yarım ərzində “MG”nin rəhbəri Murad Dadaşov tərəfindən açıqlama veriləcək. Maşının həlli barədə məsləhətləri bərabər aparacağıq”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Roza Zərgərli deyib.  Sənətçi layihəni ərsəyə gətirən “MG” Pordakşınla danışıqlar apardığını bildirib:
“Müqaviləyə əsasən, mən maşını nə sata, nə kiməsə hədiyyə verə, nə də xeyriyyə məqsədi ilə istifadə edə bilərdim. Ya maşının aqibəti üçün “Nissan”a, ya da “MG”yə müraciət etməli idim. Murad Dadaşov mənə daha yaxın olduğu üçün onlara həvalə etdim. Bu il həmçinin Dadaşovun rəhbər olduğu prodakşının 15 illiyidir.
Mənə elə gəlir ki, yubiley tədbiri ərəfəsində avtomobilin aqibəti həll olunacaq. Məgər maşının aqibəti insanları o qədərmi narahat edir? Qalib mənəm, mən də bildiyim kimi addım atdım. Onun aqibətinin nə olacağı barədə mən həyəcan keçirməliyəm. İnsanlar niyə narahat olur?”
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar