A24 Xeber

Ruhani Qərb ölkələrinin niyyətini açıqladı: “Bölgənin zənginliyi sizi dəli edir”

Ruhani Qərb ölkələrinin niyyətini açıqladı: “Bölgənin zənginliyi sizi dəli edir”
32
25 Aprel 2018 - 14:38

“Əgər İranın nüvə sazişinə dair Hərtərəfli Birgə Fəaliyyət planı pis idisə, niyə onu imzaladınız?..”

“A24.az” APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Həsən Ruhani “Təbriz – 2018” tədbirlərinin rəsmi açılış mərasimində çıxışında deyib.

Ruhani bildirib ki, ABŞ və Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyirlər: “Tamah və acgözlüyünüz hara kimi davam edəcək? Bölgədəki neft yataqlarımızı istəyirsiniz? Yoxsa bəzi ölkələrin sahib olduğu yüz milyardlara göz dikmisiniz? Bölgənin zənginliyi sizləri dəli etdiyi üçün hər gün bölgədəki xalqların mənafeyinə və yeni çağa uyğun olmayan sözlər danışırısınız”.

Əcnəbi güclərin bölgəyə hər hansı sabitlik gətirməyəcəyini söyləyən H. Ruhani qeyd edib ki, Əfqanıstandakı dağıntılar, İraqdakı hücumlar, bölgədə terror alovunun artması və Səudiyyə Ərəbistanının Yəməni bombalaması xarici güclərin regiondakı əməllərinin nəticəsidir.

İran prezidenti ortaq mənafe uğrunda dünya ölkələri ilə münasibətlər qurmağa və davam etdirməyə hazır olduqlarını da vurğulayıb: “Hər zaman doğru yolu və qarşılıqlı uduş prinsipini müdafiə etdik. Beynəlxalq münasibətlərdə hər kəs öz maraqlarını axtararsa, anlaşmalar davamlı olmaz”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00