Ruhanini belə görməmişdiniz - İranın qələbəsinə sevinib evdən FOTOlarını paylaşdı

Ruhanini belə görməmişdiniz – İranın qələbəsinə sevinib evdən FOTOlarını paylaşdı
Want create site? Find Free WordPress Themes and plugins.

İranla Mərakeş arasında oynanılan Dünya Çempionatının matçını evində izləyən İran prezidenti Həsən Ruhani sevincini insanlarla paylaşıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Həsən Ruhani hər zaman görməyə öyrəşdiyimiz geyimdən fərqli bir tərzdə və matçı evində izləyən zaman çəkilən görüntülərini sosial media hesabından paylaşıb.

Görüntülərdə Ruhaninin matçı evində rahat şəkildə izlədiyi və əl çalaraq sevincini patlaşdığı görünür. Türk mediası qeyd edib ki, Ruhani İran komandasının oynadığı matçı əyninə üzərində farsca “12-ci oyunçu” yazılan köynək geyinərək ev geyimində televizordan izləyib. Qarşısında çayı olan və sevincli olduğu görünən Ruhani milli yığmanı alqışlamaqdan da geri qalmayıb.

Daha sonra Həsən Ruhani çəkilən şəkillərini “Twitter” və “İnstagram” hesabından paylaşaraq, komandanın oyunçularını “Oynadığınız oyun və qazandığınız zəfərlə bütün İran xalqını sevindirdiniz, uşaqlar! Sizə təşəkkür edirəm” ifadələri ilə təbrik edib.

Qeyd edək ki, Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatının ilk qarşılaşmasında Mərakeşlə oynayan İran 90+5-ci dəqiqədə mərakeşli futbolçu Aziz Bouhaddouzun öz qapısına atdığı qol İranın qalibiyyəti ilə nəticələnib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, İdman, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar