A24 Xeber

“Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərini alaraq hava sahəsində nəzarəti ələ alacaq, lazım gələrsə hücumlara qarşı cavab da verəcək”.

“A24.az” bildirir ki, bu sözləri rus hərbi mütəxəssis İqor Korotçenko deyib.

Ərdoğanla Putin arasındakı səmimiyyət iki ölkə arasındakı münasibətlərə də yansıyıb. Belə ki, Amerikanın narahatlığına səbəb olsa da Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərini alacaq. Rus hərbi mütəxəssis İqor Korotçenko isə “S-400”lərin Türkiyəyə nələr qazandıracağı barədə danışıb.

Korotçenko “Rusiyadan belə bir silahın alınması Türkiyə üçün yeni geopolitik statusun qazanılması mənasına gəlir. Türkiyə hərbi cəhətdən öz hava sahəsinə tamamilə nəzarət edə bilən və lazım gələrsə hücumlara qarşı bu silahdan istifadə edə bilən seçilmiş ölkə olacaq” deyib.

Daha sonra o sözlərinə bu cür davam edib: “S-400”lərin ömrünün 30 il olduğunu anlamalıyıq. Yəni Türkiyə şüurlu olaraq qarşıdakı 30 il ərzində Rusiyaya yaxınlaşmaq üçün seçim etdi”.

Firuzə Alimova / A24.az

“Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərini alaraq hava sahəsində nəzarəti ələ alacaq, lazım gələrsə hücumlara qarşı cavab da verəcək”. “A24.az” bildirir ki, bu sözləri rus hərbi mütəxəssis İqor Korotçenko deyib. Ərdoğanla Putin arasındakı səmimiyyət iki ölkə arasındakı münasibətlərə də yansıyıb. Belə ki, Amerikanın narahatlığına səbəb olsa da Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərini alacaq. Rus hərbi mütəxəssis İqor […]

Rus hərbi mütəxəssis “S-400”lərin Türkiyəyə nələr qazandıracağından danışdı – VİDEO

58