A24 Xeber

Rus mütəxəssis ermənilərə təsəlli verdi: “Azərbaycan Pakistandan raketlər və qırıcılar alır, amma…”

Rus mütəxəssis ermənilərə təsəlli verdi: “Azərbaycan Pakistandan raketlər və qırıcılar alır, amma…”
3. 200
04 Mart 2017 - 14:11

Azərbaycanın hərbi sənayesi Pakistandan silah idxal etməyə başlayacaq.

A24.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə razılıq prezident İlham Əliyevin İslamabad şəhərinə etdiyi səfər çərçivəsində Pakistanın baş naziri Məhəmməd Navaz Şərif ilə baş tutan görüşündə qəbul edilib. İddialara görə, ölkəmiz Pakistandan 300 və 500 kilometr məsafəni vura bilən və qısamənzilli raketlər, eyni zamanda «JF-17 Thunder» qırıcıları alacaq.

Rusiya Strateji Araşdırmalar İnstitunun iqtisadiyyat və müdafiə siyasəti şöbəsinin başçısı İvan Konovalov isə məsələyə qısqanclıq “donu geyindirib” və bildirib ki, ölkəmizin alacağı silahlar Çinin istehsal etdiyi yüksək keyfiyyətli silahların surətidir:

“Pakistanın silah istehsalı sahəsi çox yaxşı inkişaf etməyib. Onların texnologiyaları ikiqat və ya üçqat kopyalamanın nəticəsidir. Çin Rusiyanın silahlanma texnologiyalarını kopyalayıb, Pakistan da Çinin. Pakistan raketlərindən və qırıcılarından, onların keyfiyyətindən danışmaq olmur. Mosvka İrəvana “İskəndər” silahını verəndən sonra Bakı hansısa raketi əldə etməyə çalışır”.

“Bu raketlər köhnə Sovet raketlərinin klonlarıdır, Çin texnologiyaları hesabına müasirləşib. Yəni, Azərbaycanın Pakistandan alacağı silahlar Bakı ilə İrəvan arasındakı balansı poza bilməz. Azərbaycan yalnız həcmdə qalib gələ bilər, silahlanmada heç vaxt gələ bilməz. Ermənistan üçün indi əsas hədəf öz aviasiyasını yaratmaqdır. Düşünürəm ki, Ermənistanda da bununla məşğul olurlar”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00