Rus pilotu yerdə terrorçularla döyüşüb sonda özünü partlatdı - VİDEO

Rus pilotu yerdə terrorçularla döyüşüb sonda özünü partlatdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.
Rus pilotçu Suriyanın İdlib əyalətində terrorçularla tək başına mübarizə apardı.
A24.az xəbər verir ki, Suriyanın İdlib əyaləti üzərində vurulan Rusiyaya məxsus Su-25 döyüş təyyarəsinin pilotu katapult düyməsini sıxaraq paraşütlə özünü hava buraxıb. Bundan sonra mayor Roman Filipov “Ən-Nüsra Cəbhəsi” qüvvələri ilə döyüşərək həlak olub.

“Kommersant” yazır ki, mayor Filipov təyyarəni xilas edə bilməyəcəyini görərək katapult düyməsini basıb. Terrorçular onun paraşütünü havada görən kimi atıcı silahlardan atəşə tutublar. Lakin pilot yerə salamat enib, özünə mövqe seçərək möhkəmlənib və yerini Hmeymin aviabazasının axtarış-xilasetmə qüvvələrinə bildirib. Yaraqlılar pilotun mövqeyini müəyyən edərək onu əsir götürməyə çalışıblar, ancaq mayor xidməti tapançası ilə döyüşə girərək onlardan ikisini yaralayıb. Vəziyyətin çıxılmaz olduğunu görən mayor özünü qumbara ilə partladıb.

Terrorçular pilotun sənədlərinin, düyməli mobil telefonunun və bank kartlarının görüntülərini internetdə yayıblar.

Bundan əvvəl isə pilotun xidməti “Steçkin” tapançasının və güllə daraqlarının görüntüləri yayılmışdı. Görüntülərə əsasən 20 güllə tutan daraqlardan biri tamamilə boşalmışdı, ikinci daraq isə yarıya qədər boş idi. Bu görüntülər pilotun yerə enəndən sonra terrorçularla atışmaya girdiyi göstərib.

Bu gün internetdə Suriya terrorçularının fəaliyyətini izləyən “Directorate” Telegram-kanalında Rusiya pilotunun həqiqətən döyüşə girdiyini göstərən kadrlar yayılıb. Bir neçə saniyəlik görüntülərə əsasən silahlıların bir qrupu pilotu əsir götürməyə çalışır, lakin pilot onlarla döyüşür və sonda əsir düşməmək üçün özünü qumbara ilə partladır.

 

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar