A24 Xeber

Rus politoloqdan açıqlama: “Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da…”

Rus politoloqdan açıqlama: “Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da…”
1. 320
11 Mart 2017 - 8:44

“Lavrov planı” real görünür və onu həyata keçirmək lazımdır”.

“A24.az” “ru.1in.am”a istinadən bildirir ki, bu fikirləri məşhur rus millətpərəst, Beynəlxalq Avrasiya Hərəkatının lideri, politoloq Aleksandr Duqin səsləndirib. Nəşrin qeyd etdiyinə görə, Duqin hələ də əmindir ki, Dağlı Qarabağdakı münaqişəyə konfliktdə olan ölkələr deyil, ABŞ səbəbkardır. Duqinin sözlərinə görə, Barak Obama administrasiyası buna əməl edirdi, lakin 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın seçilməsi onun vəziyyətin bir qədər yaxşılaşmasına ümid etməsinə gətirib çıxarıb. Aleksandr Duqin verdiyi müsahibədə bildirib ki, bu şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsi üçün “Lavrov planı” daha real görünür:

“Düşünürəm ki, “Lavrov planı” daha real görünür. “Lavrov planı” barışıq deməkdir, Ermənistan tərəfindən Dağlıq Qarabağdakı torpaqların geri qaytarılması status-kvonun hüquqi çərçivədə saxlanılması deməkdir. Yalnız bircə Amerika bunun əleyhinədir. Ona görə də hazırda Dağlıq Qarabağ ətrafında bu münasibətlərin normaya salınması üçün çalışılır. Əgər Rusiya, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ hakimiyyəti münasibətləri sülh yolu ilə həll etsə, yaxın gələcəkdə vəziyyət normallaşacaq”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00