Rus qadın: “Bakıdakı səfirliyin qarşısında doğacam”

Rus qadın: “Bakıdakı səfirliyin qarşısında doğacam”
Want create site? Find Free WordPress Themes and plugins.

Əri ilə birgə Bakıda yaşayan 32 yaşlı Rusiya vətəndaşı Yasmin Marinenko Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında doğmağa hazırlaşır.

“A24.az” “qafqazinfo”ya istinadən xəbər verir ki, qadının sözlərinə görə, ailəsinin 700-800 dollara başa gələcək doğum xərclərini qarşılamağa imkanı yoxdur. Yardım üçün müraciət etdiyi Rusiyanın diplomatik nümayəndəliyi isə ona kömək etməkdən imtina edib.

Qadının sözlərinə görə, Rusiyada məktəbdə direktor müavini olaraq çalışıb, əri isə tikintidə işləyib. Lakin ərinin səhhətində problemlər yaranıb, özü isə dekretdə olduğu üçün işləyə bilməyib. Bir ildən çoxdur ki, Bakıda ərinin ailəsinin yanında yaşayırlar.

Qadın Azərbaycan tərəfindən pulsuz yardıma bel bağlamadığını deyir: “Azərbaycan bizə heç nəyə görə borclu deyil. Pulsuz tibbi yardım olmayacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar