Rus qadınlara çağırış: Əcnəbi kişilərlə cinsi əlaqəyə girməyin

Rus qadınlara çağırış: Əcnəbi kişilərlə cinsi əlaqəyə girməyin
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya parlamentində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Tamara Pletnyova doğulacaq mulat uşaqlarını təkbaşına böyütmək məcburiyyətində qala biləcəklərini söyləyərək rus qadınlara Dünya Kubokunda ağ olmayan kişilərlə cinsi əlaqəyə girməmələri üçün tövsiyyə edib.

“A24.az” xəbər verir ki, “Guardian” qəzetinin verdiyi məlumata görə, Tamara Pletnyova Rusiyanın en sahibliyi etdiyi Dünya Kubokundan əvvəl radio verilişdə iştirak edib. Verilişdə Pletnyova 1980-ci ildə Moskva Olimpiaasından sonra doğulan “Olimpiya uşaqları” ilə bağlı sualı cavablandırıb.

“Olimpiya uşaqları” ifadəsindən Sovetlər Birliyi dövründə beynəlxalq tədbirlərdən sonra rus qadınların Afrika, Latın Amerikası və Asiyalı kişilərdən dünyaya gətirilən və ayrı-seçkiliyə məruz qalan uşaqları təqdim etmək üçün istifadə edilirdi. Həmin dövrlərdə Rusiyada doğuma nəzarət yox idi.

Daha sonra Tamara Pletnyova “Qovorit Moskva” radiosunda yayımlanan verilişdə bu gün belə rusiyalı qadınların xarici ölkələrdə köməksiz qaldıqlarını və əcnəbi kişilərdən dünyaya gətirdikləri uşaqlarını geri ala bilmədikləri dilə gətirib:

“Öz uşaqlarımızı dünyaya gətirməliyik. Qarışıq millətlərdən olan uşaqlar acı çəkir. Sovetlər Birliyindən həmin uşaqlar əziyyət çəkirlər. Mən millətçi biri deyiləm, amma mulat, qarışıq millətlərdən olan uşaqlar tərk edilir və anaları ilə birlikdə təkbaşına burda qalırlar”.

Rus millət vəkili Rusiyadakı qadınların hansı irqdən olursa olsun kişilərlə sevərək evlənməyin üstünlüyünü qeyd edib.  Eyni verilişdə iştirak edən başqa bir millət vəkili isə Dünya Kuboku zamanı əcnəbi kişilərin ruslara virus keçirə biləcəklərini qeyd edib. Odur ki, qadınların əcnəbilərlə cinsi əlaqədə olan zaman diqqətli olmalarını məsləhət edib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İdman, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar