Rusiya 2017-ci ildə Azərbaycan və Ermənistana hansı silahları satıb? - SİYAHI

Rusiya 2017-ci ildə Azərbaycan və Ermənistana hansı silahları satıb? – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya 2017-ci ildə Azərbaycan və Ermənistana silah satışı həyata keçirib.

A24.Az-ın məlumatına görə, Rusiyanın BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda hər iki ölkəyə silah satışına dair informasiya yer alıb.

2017-ci ildə silah ixracına dair hesabatda yer alan məlumata görə, ötən il rəsmi Moskva Azərbaycana 61 ədəd zirehli transportyor (BTR-82A), Ermənistana isə 6 ədəd iriçaplı artilleriya vasitəsi satıb. Ermənistana TOS-1A ağır odaatanın ixracı gerçəkləşdirilib.

BMT-yə açıqlanan məlumata görə, Rusiya 2017-ci ildə ümumilikdə 231 ədəd zirehli transportyor satıb. Bunun 170 ədədi Banqladeşə ixrac olunub. Bundan başqa, 21 ədəd döyüş təyyarəsi (Anqolaya 2, Çinə 10, Myanmaya 3, Serbiyaya 6 ədəd), 2 ədəd zərbə helikopteri (Maliyə), 2 ədəd döyüş gəmisi (Vyetnam) və 5920 raket və raket buraxxıcı qurğu (Çinə 120, Hindistana 5800 ədəd) ixrac edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar