“Rusiya-2018”də Cənubi Koreya millisinin yekun heyəti açıqlandı

“Rusiya-2018”də Cənubi Koreya millisinin yekun heyəti açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə Cənubi Koreya milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

A24.Az xəbər verir ki, 23 nəfərlik heyətdə qapıçılardan Kim Sin Qyu (Vissel Kobe), Kim Çjin Xen (Sereso Osaka), Ço Xyun Yu (Tequ) yer alıblar. Heyətdə müdafiəçilərdən Kim Yen Qvon (Xuançjou Everqrand, Çin), Çan Xen Su (Tokio), Pak Çu Xo (Ulsan Xende), Li Yen (Çonbuk), Ko Ye Xan (Seul), Kim Min Yu (Sandji Sanmu), Xon Çul (Sandju Sanmu), Çon Sin Xen (Saqan Tosu), Yun Yen Son (Sonnam), O Ban Suka (Çedju Yunayted) şans verilib.

Dünya çempionatında komandanın yarımmüdafiə xəttini Ki Son Yen (Suonsi, İngiltərə), Ku Ca Çxol (Auqsburq, Almaniya), Li Co Son (Çonbuk), Çon U Yen (Vissel Kobe), Çu Se Çon (Asan Muqunxua), Mun Son Min (İnçxon Yunayted), Li Sin Bu (Verona) qoruyacaqlar.

Hücumçulardan isə Son Xin Min (Tottenhem, İngiltərə), Kim Sin Uk (Çonbuk), Xvan Xi Çxan (Zalsburq, Avstriya) əsas heyətə düşmək şansı əldə ediblər.

Cənubi Koreya millisi dünya çempionatında Almaniya, Meksika və İsveç yığmaları ilə eyni qrupda yer alıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar