A24 Xeber

Rusiya ABŞ-a CAVAB üçün HAZIRLAŞIR

Rusiya ABŞ-a CAVAB üçün HAZIRLAŞIR
47
01 Sentyabr 2018 - 21:48

Hərbi ekspert bu təlimi ABŞ-ın bölgədəki hərəkətlərinə verilən cavab hesab edir.

Bu gün Rusiya tarixində ilk dəfə Aralıq dənizində donanma və hava qüvvələrinin iştirakı ilə hərbi təlimlərə başlayır.

A24.Az “Haber7″ə istinadla xəbər verir ki, hərbi ekspert Dmitri Gorenburq bu təlimi, ABŞ-ın bölgədəki hərəkətlərinə verilən bir cavab hesab edir. Bölgədə ABŞ-ın Suriyanı vurmaq gücünə malik ən az 2 sualtı gəmisi mövcuddur. Rusiyanın hərbi təlimlərində isə sualtı gəmilərdən müdafiə məsələləri də yer alır. Bunun özü ABŞ-a cavab xarakteri daşıyır.

ABŞ USS Harry Truman aviadaşıyıcısı və 7 hərbi gəmisi Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Aralıq dənizinə yola düşüb

Hərbi ekspert bölgədə hansı qüvvələrin çox olmasının bir əhəmiyyət daşımadığını söyləyib: “Hazırda ABŞ Suriyadan qoşunlarını və təchizatını çıxarır və belə bir vəziyyətdə Vaşinqtonun qəfil hücum təşkil edəcəyini proqnozlaşdırmaq qəribə olar. Ağ Evdə Suriya strategiyası ilə bağlı fikir ayrılığı var. ABŞ prezidenti Donald Tramp Suriyadakı hərbi mövcudluğu azaltmaq istəyir, ancaq hakimiyyətdəki bəzi rəsmilər isə hərbi mövcudluğun davam etməsinin lazım olduğuna inanır”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 1-8 sentyabr tarixlərində Aralıq dənizində 25 gəmi və 30 təyyarənin iştirakı ilə hərbi təlimlər keçirəcəyini bildirmişdi. Təlimlər Aralıq dənizində Suriya, Misir, Liviya, Kipr və Türkiyə sahillərində olan 11 bölgəni əhatə edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00