Rusiya ABŞ-a qarşı SANKSİYA TƏTBİQ EDƏCƏK- QƏRAR qəbul edildi

Rusiya ABŞ-a qarşı SANKSİYA TƏTBİQ EDƏCƏK- QƏRAR qəbul edildi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-a qarşı sanksiya layihəsi Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılıb.

A24.Az APA-nın Moskva müxbirinin verdiyi məlumata istinadla xəbər verir ki, qanun layihəsi birinci birinci oxunuşda qəbul edilib.

Dumanın plenar iclasında iştirak edən 410 deputatın hamısı yekdilliklə layihənin lehinə səs verib.

Qanun layihəsi ilə eyni vaxtda parlamentarilər Cinayət Məcəlləsinə düzəlişləri də qəbul etmək niyyətindədirlər. Dəyişikliyə əsasən, Rusiya ərazisində xarici dövlətlərin sanksiyasının yerinə yetirilməsinə görə məsuliyyət  tətbiq olunur. Qanunu pozan şəxsin 600 min rubla qədər cərimə və 4 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, ABŞ və digər dövlətlərə qarşı sanksiyalar haqqında qanun layihəsi bu ilin aprelində Dumaya daxil olub. Qanun layihəsi ABŞ-ın rusiyalı məmurlara və iş adamlarına (Oleq Deripaska və Viktor Vekselberq) qarşı tətbiq etdiyi sanksiya siyahısını genişləndirməsindən sonra hazırlanıb.

Sanksiya siyahısına, əsasən, dərmanlar və tibbi texnika daxil edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar