Rusiya ABŞ-ı ifşa etdi: Hava hücumunun görüntüləri - FOTOLAR

Rusiya ABŞ-ı ifşa etdi: Hava hücumunun görüntüləri – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Müdafiə Nazirliyi ABŞ koalisiya qüvvələrinin Suriyanın Rakka şəhərinə təşkil etdiyi hava hücumlarında yaşayış yerlərində meydana gələn dağıntıları nümayiş etdirən fotoları dərc edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin görüntülərlə bağlı açıqlamasında bildirilib ki, “Rusiya Müdafiə Nazirliyi koalisiyanın həyata keçirdiyi bombardmanlarda Rakkanın yaşayış bölgələrində yaranan fəlakət dağıntıları təsdiq edən havadan çəkilmiş fotoları dərc edib. Yaşayış binalarının, xəstəxanaların, məscid, məktəb və.s məntəqələrin çoxu dağıdılmış vəziyyətdədir”, – deyə məlumatda qeyd edilib.

Rakkadakı humanitar vəziyyətin çox mürəkkəb olduğu və humanitar yardım təşkilatlarının şəhərə gəlməkdə çətinlik çəkdiyi bildirilən maçıqlamada, şəhərə qayıdan sakinlərin arasında məhv edilməmiş partlayıcı və sursatlardan meydana gələn ölüm və yaralanma nisbətinin çox yüksək olduğu qeyd edilib. Nazirlik 2017-ci ilin oktyabr ayından 2018-ci ilin mart ayına qədər şəhərə qayıdan sakinlərdən mina və sursatların partlaması nəticəsində 130 nəfərin həyatını itirdiyi, 658 nəfərin də yaralandığını, hər həftə 25-30 nəfər itki halı qeyd edildiyini vurğulayıb.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar