A24 Xeber

Rusiya ABŞ-ın sanksiyalarına belə cavab verir: Ortaq fəaliyyətlər və…

Rusiya ABŞ-ın sanksiyalarına belə cavab verir: Ortaq fəaliyyətlər və…
68
13 Aprel 2018 - 21:11

“Rusiyanın ABŞ-a qarşı nəzərdə tutduğu sanksiyalar bizim milli maraqlarımızı və ya mənafeyimizi heç bir şəkildə zədələməyəcək”.

A24.Az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiyanın ABŞ sanksiyalarına qarşı nəzərdə tutduğu cavab tədbirləri haqda qanun layihəsi 13 aprel səhəri parlament fraksiyalarının rəhbərləri və palatanın sədri Vyaceslav Volodinə təqdim edilib. Qanun layihəsinə əsasən aşağıdakı qadağalar qoyulacaq: “ABŞ-da istehsal olunmuş kənd təsərrüfatl məhsullarının, alkoqollu içkilərin, tütün məmulatlarının, dərmanların gətirilməsinə qadağalar qoyulması nəzərdə tutulub. Bununla yanaşı, Moskva ilə Vaşiqtonun nüvə, təyyarə isyehsalı, raket mühərrikləri ilə bağlı ortaq fəaliyyətlərinin dayandırılması da düşünülür”, – deyə bildirilib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00