A24 Xeber

Rusiya ABŞ-ın Suriya ilə bağlı qətnaməsinə veto qoydu

Rusiya ABŞ-ın Suriya ilə bağlı qətnaməsinə veto qoydu
44
11 Aprel 2018 - 1:46

Rusiya ABŞ-ın Suriyada güman olunan kimyəvi hücumun araşdırılması üçün yeni mexanizmin yaradılmasına dair BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsinə veto qoyub.

A24.Az xəbər verir ki, Şuranın 12 üzvü sənədin lehinə, Rusiya (BMT-nin daimi üzvü) və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf qalıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, təklif olunan layihənin araşdırmaların müstəqil aparılması ilə heç bir əlaqəsi yoxdur.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00