A24 Xeber

Rusiya: ABŞ Sakit okeanda 400 min əsgərlik ittifaq yaratdı

Rusiya: ABŞ Sakit okeanda 400 min əsgərlik ittifaq yaratdı
36
05 Aprel 2018 - 22:52

Rusiya Baş Kəşfiyyat İdarəsi Rəhbərinin müavini İqor Kostyukov ABŞ-ın Asiya-Sakit Okean regionuna 200 hərbi qurğu yerləşdirdiyini, buralarda 400 min əsgər olduğunu dedi.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Moskvadakı beynəlxalq təhlükəsizlik konfrasında danışan Kostyukov “ABŞ, planlarını reallaşdırmaq və Asiya-Sakit Okean bölgəsinin hər yerində qəfil qoşun yerləşdirmək məqsədilə 400 min nəfərlik bir qoşun yaratdı.

Regionda fəaliyyət göstərən 50-yə yaxın böyük hərbi baza var. ABŞ-ın 200-dən çox hərbi kompleksi mövcuddur”, – deyə İqor Kostyukov bildirib.

Kostyukov Mariana Adalarındakı Andersen Hava Bazasında Sakit Okean səmalarını patrul gəzmək üçün ABŞ-a aid 6 B-52 və B-2 bombardman təyyarənin olduğunu və təyyarələrin sayının bəzən 15-ə çatdığını vurğulayıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00