A24 Xeber

Rusiya: ABŞ Suriyada əhəmiyyətsiz hədəfləri vurdu

Rusiya: ABŞ Suriyada əhəmiyyətsiz hədəfləri vurdu
53
16 Aprel 2018 - 21:08

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov ABŞ-ın Suriyada hücum etdiyi hədəflərin yerin altında və ya hava müdafiəsi tərəfindən yaxşı qorunan sığınacaqlar olmadığını bildirərək, “Məhv edilməsi üçün ən çox 10 raket kifayətdir” deyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sözçüsü İqor Konaşenkov Suriyaya qarşı hücumların Qırmızı Dəniz, Körfəz və Ağdənizdən və ABŞ-ın qanunsuz olaraq işğal etdiyi Suriyanın Əl Tanf zonasından dəniz və hava tipli naviqasiya raketləri ilə həyata keçirildiyini söyləyib.

Mətbuat katibi Suriyadakı radarların 103 hava hədəfini müəyyən etdiyini və məhv edilmək üzrə təqibə aldığını da əlavə edib. Konaşenkov, “ABŞ, İngiltərə və Fransanın 14 Apreldəki təcavüzünün gerçək hədəfləri yalnız Barza və Caramanidəki müəssisələr deyil, hava bazaları, o cümlədən hərbi müəssisələrdir”, – deyə əlavə edib.

Nazirliyin sözçüsü, “Qərb mediasının da yaydığı peyk təsvirlərində, vurulan binaların gizli olmadığı yer üzündə yerləşdiyi yaxşı görünür. Tomahawk naviqasiya raketi balığının növünə görə 1.5 tona varan TNT gücünə malik olduğunu xatırlatmaq istərdim. Yəni hər cür hesablama üsullarına görə bu binaların məhv edilməsi üçün hər bir hədəfə ən çox 10 raket kifayətdir” deyə İ.koanşenkov bildirib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00