A24 Xeber

Rusiya “An-148” təyyarəsinin istismarını dayandıra bilər

Rusiya “An-148” təyyarəsinin istismarını dayandıra bilər
50
12 Fevral 2018 - 9:12

Baş vermiş qəzadan sonra “An-148” təyyarəsinin istismarının dayandırılması haqqında qərar əlavə olaraq qəbul edilə bilər.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə açıqlamasında Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

“Bu qərar əlavə olaraq Hava Nəqliyyatı üzrə Federal Agentlik və Nəqliyyat Sahəsində Nəzarət üzrə Federal Xidmətin razılığı ilə şirkətin (“Saratov Hava Yolları” – Trend) rəhbərliyi tərəfindən qəbul edilə bilər”, deyə Sokolov bildirib.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus “An-148” sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00