A24 Xeber

Rusiya azərbaycanlıların da olduğu gəminin axtarışı üçün iki gün vaxt verdi

Rusiya azərbaycanlıların da olduğu gəminin axtarışı üçün iki gün vaxt verdi
57
30 Yanvar 2018 - 8:47

Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları davam etdiriləcək.

“A24.az”ın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsindən bildiriblər.

“İdarə rəhbərliyi axtarışları davam etdirmək qərarına gəlib. Bu gün axtarışlara iki təyyarə cəlb ediləcək”, deyə FHN rəsmisi bildirib. Onun sözlərinə görə, axtarışlar azı iki gün davam edəcək.

Bundan əvvəl yerli xilasedici mərkəzin nümayəndəsi  gəminin axtarışlarının dayandırıldığını bildirmişdi.

Qeyd edək ki, “Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

APA

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00