A24 Xeber

Rusiya dəhşətli raketlərini xidmətə çıxarır – GƏRGİNLİK – VİDEO

Rusiya dəhşətli raketlərini xidmətə çıxarır – GƏRGİNLİK – VİDEO
76
05 May 2018 - 21:09

Rusiya prezidenti Vladimir Putinin artıq hazırlandığını açıqladığı havadan atılan səsdən sürətli raket sisteminin (-red. “Kinjal”in) bir qrup Miq-31 döyüş təyyarəsinə yükləndiyi qeyd olunub.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Yuri Borisov, Zvezda telekanalına müsahibəsində, səsdən sürətli, yəni səsdən 10 qat daha sürətli hərəkət edən “Kinjal” (Xəncər) raketlərinin hazırda xidmətdə olan 10 ədəd Miq-31 təyyarəsinə yükləndiyini bildirib.

Borisov “”Kinjal” raketlərinin xəyal məhsulu olmadığının sübutu olaraq hazırda 10 (bu raketləri daşıyan) təyyarə var və vəziyyətdən asılı olaraq onları istifadə etməyə hazırdır” – deyə bildirib. Borisov həm raket əleyhinə sistemləri həm də hava müdafiə sistemlərindən üstün olduğunu, bu raketlərin çox ciddi bir döyüş potensialına malik olduğunu və onlara zərər verməyin mümkün olmadığını bildirib.

Kinjal raketləri haqda ilk dəfə Rusiya prezidenti Vladimir Putin martda Federal Məclisə xitabən etdiyi çıxışında qeyd etmişdi.

Putin Kinjal raketlərinin, sürətləri sayəsində istismarda olan bütün hava müdafiə və raket müdafiə sistemlərinə qarşı məğlubedilməz olduğunu və dünyada bir oxşarı olmadığını vurğulamışdı.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00